AZ

Azərbaycan - Belarus oyununda 1 dəqiqəlik sükut

Azərbaycan millisinin Belarusla bugünkü yoldaşlıq oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Açıqlamada görüşdən əvvəl Çingiz İsmayılovun xatirəsinin bir dəqiqəlik sükutla yad ediləcəyi bildirilib: "Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq".

Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.

Seçilən
13
5
sportinfo.az

10Mənbələr