AZ

Azərbaycan - Belarus oyununda 1 dəqiqəlik sükut

Millimizin Belarusla bugünkü yoldaşlıq oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Açıqlamada görüşdən əvvəl Çingiz İsmayılovun xatirəsinin bir dəqiqəlik sükutla yad ediləcəyi bildirilib:

"Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq".

Qeyd edək ki, oyun saat 21.45-də başlayacaq.
Seçilən
94
12
football-plus.az

10Mənbələr