Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.
Futbolpress.az xəbər verir ki, U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Matç 0:0 hesablı heç-heçə başa çatıb.
U-21 milli komandanın start heyəti: 1. Səlim Həşimov, 2. Raul Məmmədov, 5. Emin Rüstəmov, 20. Ayxan Süleymanlı, 3. Rüfət Abbasov, 14. Nadir Orucov, 24. Oruc Məmmədov, 8. Emil Süleymanov, 7. Murad Məmmədov, 9. Nihat Mehralıyev, 19. Sadiq Şəfiiyev
Qeyd edək ki, U-21 martın 22-də keçirilən ilk matçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib.