21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.
Operativ Media U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Matç 0:0 hesablı heç-heçə başa çatıb.
Qeyd edək ki, millimiz martın 22-də keçirilən ilk matçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib.