Cənubi Koreyanın Pusan limanındakı Rusiyaya məxsus “Crystal Asia” yük gəmisində yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Pusandakı konsulluğundan məlumat verilib.
Məlumata görə, yanğın nəticəsində 6 rusiyalı dənizçi xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Yaralılar Pusandakı xəstəxanaya çatdırılıb.