AZ

Cənubi Koreyanın nəhəng şirkətləri Rusiyaya qayıtmağı planlaşdırırlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cənubi Koreyanın ən böyük şirkətlərindən olan "Hyundai Motor", "LG Electronics" və "Samsung Electronics" Rusiyada fəaliyyətlərini bərpa etmək imkanını nəzərdən keçirirlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Korea Times" xəbər yayıb.
Bildirilir ki, Koreya biznesi Ukrayna münaqişəsində sülh sazişi və ya atəşkəsə nail olmağa ümid edir.
Qeyd edilir ki, xüsusilə ABŞ tərəfindən artan gömrük təzyiqi fonunda Cənubi Koreya şirkətlərinin biznes maraqlarının diversifikasiyası üçün Rusiya ənənəvi olaraq vacib istiqamətdir. Koreya firmaları qayıtmaq qərarı vermək üçün sanksiya rejimini və Ukraynada münaqişənin həlli üzrə danışıqların gedişatını diqqətlə izləyirlər.
Xatırladaq ki, bir gün əvvəl İtalyanın "Ariston" şirkətinin Rusiyada biznesini davam etdirəcəyi barədə məlumat verilmişdi.
Seçilən
80
1
oxu.az

10Mənbələr