Bakı. Trend:
Lənkəranda idarəetməni itirən avtomobil yol kənarındakı çuxuradüşüb, xəsarət alanlar var.
Trend xəbərverir ki, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində başverib.
Belə ki, hərəkətdə olan “VAZ-21011” markalı nəqliyyat vasitəsiidarəetməni itirərək yol kənarındakı çuxura düşüb. Qəza nəticəsindəavtomobildə olan sərnişinlər - Astara rayon sakinləri 2005-ci iltəvəllüdlü Zamiq İsmayıl oğlu Rəhmətzadə, 2001-ci il təvəllüdlüRamiq Vaqif oğlu Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini2006-cı il təvəllüdlü Məriyyəm Ceyhun qızı Əlizadə müxtəlifdərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzixəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.
Faktla bağlı araşdırma aparılır.