AZ

LƏNKƏRANDA DƏHŞƏTLİ AVTOQƏZA -  3 nəfər...

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.


Referans APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib. Hərəkətdə olan VAZ-21011 markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb.


Qəza nəticəsində avtomobildə olan sərnişinlər - Astara rayon sakinləri - 2005-ci il təvəllüdlü Zamiq Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Faktla bağlı araşdırma aparılır.




Seçilən
86
21
referans.az

10Mənbələr