BAKI, TurkicWorld
İsrai, Qəzza Sektorunun cənubunda yerləşən Rəfah bölgəsindəki Əl-Cəninə ərazisində yerüstü əməliyyatlarını genişləndirir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin verdiyi bəyanatda deyilir.
"Son bir neçə saat ərzində qüvvələr, Qəzzanın cənubunda təhlükəsizlik zonalarının genişləndirilməsi məqsədilə Rəfahdakı Əl-Cəninə ərazisində yerüstü əməliyyata başladılar", - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, bundan əvvəl İsrail ordusu, martın 20-də Rəfah bölgəsində yerüstü əməliyyatlara başladığını bildirmişdi.
Bundan əlavə, İsrail hərbiçiləri, HƏMAS və İslami Cihad təşkilatlarına aid obyektlərə hava zərbələri endirməyə davam etdiklərini bildirib. Son günlərdə hücum edilən obyektlər arasında silah anbarları, raketatan qurğular və hərbi strukturlar yer alıb.