AZ

İsrail ordusu Qəzzaya hücum edib

İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Xan Yunis məntəqəsinin atəşə tutulmasından sonra İsrail Müdafiə Qüvvələri (İMQ) həmin ərazidəki minaatan mövqelərə hücum edib.

“Ölkə.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail ordusu şənbə günü səhər saatlarında Qəzzanın cənubundakı hərbçilərə minaatan mərmilərinin atıldığı Xan Yunisdəki minaatan mövqeyinə zərbələr endirib”, – bəyanatda deyilir.

Bundan əvvəl ordunun mətbuat xidməti İsrail əsgərlərinin Qəzza zolağının cənubunda minaatanlardan atəşə tutulduğunu bildirmişdi. Onun məlumatına görə, Xan Yunis şəhəri yaxınlığındakı hərbçilərə qarşı üç minaatan mərmisi atılıb. İsrailin itkiləri barədə məlumat verilmir.

Seçilən
24
5
olke.az

10Mənbələr