AZ

İsrail ordusu Qəzzada əməliyyatları genişləndirir

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı quru əməliyyatını Rəfahın Əl-Cəninə bölgəsinə qədər genişləndirdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son bir neçə saat ərzində qoşunlar Qəzzanın cənubundakı təhlükəsizlik zonasını genişləndirmək üçün Rəfahın Əl-Cəninə bölgəsində quru əməliyyatına başlayıblar”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail ordusu martın 20-də Rəfah bölgəsində quru əməliyyatına başladığını elan edib.

Seçilən
26
25
axar.az

10Mənbələr