AZ

İsrail Qəzzanın cənubunda yeni quru əməliyyatına başladı

Bir neçə saat əvvəl İsrail Müdafiə Qüvvələri ( İDF ) Rəfah bölgəsində quru əməliyyatına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə İDF-nin "Telegram" kanalında məlumat verilib.

İsrail ordusu Əl-Cəninə bölgəsindəki hərbi əməliyyatların məqsədinin Qəzzanın cənubundakı təhlükəsizlik zonasını genişləndirmək olduğunu bildirib.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatı və radikal İslami Cihad təşkilatının hədəflərinə zərbələr endirməkdə davam edir .

"Həftə sonu vurulan hədəflər arasında silah anbarları, reaktiv yaylım atəşi sistemləri və hərbi obyektlər olub", - İsrail ordusu bildirib.

Seçilən
44
25
publika.az

10Mənbələr