AZ

Romelu Lukaku 400-cü qoluna sevindi

İtaliyanın “Napoli” klubunun və Belçika millisinin mərkəz hücumçusu Romelu Lukaku peşəkar karyerasında 400-cü qolunu vurub.

Arena.az xəbər verir ki, əlamətdar hadisə İtaliya A Seriyasının 30-cu turunun “Milan”a qarşı keçirilən matçında (2:1) baş verib.

31 yaşlı hücumçu Belçika millisində 88, “Everton”da 87, “İnter”də 78, “Mançester Yunayted”də 42, “Anderlext”də 41, “Roma”da 21, “Çelsi”də 15, “Vest Bromviç”də 17, “Vest Bromviç”də 17 qol vurub.

Xatırladaq ki, Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub. O, karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib.

Lukaku “Napoli”yə 2024-cü ilin avqust ayında “Çelsi”dən keçib. Neapol klubu Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş edib və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Lukaku “Napoli” üçün keçirdiyi 30 oyunda 11 qol vurub və 9 məhsular ötürmə verib.

Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 122 oyun keçirib, 88 qol vurub, 18 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
229
6
arena.az

8Mənbələr