İtaliya çempionatının 30-cu turunda "Napoli" "Milan"ı qəbul edib.
Publika.az xəbər verir ki, qörüş 2:1 hesabı ilə başa çatıb. Neapollulların qələbə qolunu Romelu Lukaku vurub.
Belçikalı forvard üçün bu qol əlamətdar olub. O, karyerasında 400-cü dəfə fərqlənib.
Lukaku klub səviyyəsində 312, Belçika millisində isə 88 qol vurub. O, karyerası ərzində vurduğu 400 qoldan 11-ni ötən yay keçdiyi "Napoli"də vurub. 31 yaşlı hücumçu "İnter"də 78, "Roma"da 21, "Çelsi"də 15, "Mançester Yunayted"də 42, "Everton"da 87, "Vest Bromviç"də 17 və "Anderlext"də 41 dəfə fərqlənib.