AZ

Vəkili açıqladı: Le Pen məhkəmədən apellyasiya şikayəti verəcək

Bu gün, 01:35

Fransanın "Milli Birlik" Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen onu seçki hüquqlarından məhrum edən Paris məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcək.
reportyor.tv xəbər verir ki, bu barədə siyasətçinin vəkili Rodolf Bosselyu bildirib.
Vəkil qeyd edib ki, hazırda yaranan qalmaqallı vəziyyətdə müdafiə tərəfi boş oturmaq niyyətində deyil.
Onun sözlərinə görə, Le Pen məhkəmənin qərarından şoka düşüb. Xüsusilə də seçkilərdə iştirak qadağasının dərhal qüvvəyə minməsi onu təəccübləndirib.
Xatırladaq ki, Marin Le Peni Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilinib. O, dörd il müddətinə azadlıqdan məhrum edilib və 100 min avro məbləğində cərimələnib. Məhkəmənin qərarına görə, Le Pen bu müddətin iki ilini şərti olaraq, digər iki ilini isə elektron bilərziklə ev dustaqlığında keçirəcək.
O, beş il müddətinə seçki hüquqlarından da məhrum edilib.

Seçilən
228
9
Reportyor.tv

10Mənbələr