AZ

Marin Le Penə qarşı qadağaya Tramdan reaksiya: Əla bir işdir

ABŞ prezidenti Donald Tramp Fransanın ifrat sağçı lideri Marin Le Penin dövlət vəzifəsi tutmasını qadağan edən məhkəmə qərarını “əla bir iş” adlandırıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə bazar ertəsi Ağ Evdə bildirib. Onun sözlərini “Politico” sitat gətirib.

"Bu, çox vacibdir. Bu, əla bir işdir. Mən bu haqda bilirəm və bir çox insanlar onun heç vaxt həbs edilməyəcəyini düşünürdü", - Tramp deyib.

Bazar ertəsi Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının lideri Le Pen Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilinib və beş il müddətinə qadağaya məruz qalıb. Qərar o deməkdir ki, o, 2027-ci ildə Fransa prezidentliyinə namizəd ola bilməyəcək.

Seçilən
296
50
publika.az

10Mənbələr