Nəzarət tədbirləri çərçivəsində ölkəmizə idxal olunan bir sıra ət məhsulu partiyalarından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən götürülmüş nümunələrdə uyğunsuzluq aşkarlanıb.
Marja.az xəbər verir ki, uyğunsuzluq Ukrayna, Belarus və Braziliyadan idxal olunan dondurulmuş mal ətində, Rusiyadan idxal olunan dondurulmuş sümüksüz donuz ətində, Monqolustandan idxal olunan dondurulmuş qoyun ətində, Ukraynadan idxal olunan dondurulmuş toyuq hissələrində və Belarusdan idxal olunan hisə verilmiş balıq filesində aşkar olunub.
Uyğunsuzluq aşkar edilən məhsul partiyaları "Gourment" MMC, ”Azer Land” MMC, “Halal Food” MMC, “Qafqaz Konserv Zavodu” MMC, "Hereti Bottling Company" MMC, "M & T" LTD firması, "Universal-SVS" MMC, "Eleven Group" MMC, "HRT Group" MMC və “Food Fish” MMC şirkətlərinə məxsus olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.
Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:
№ | Məhsulun adı | Miqdarı | Mənşə ölkəsi | İdxalçı şirkət | Aşkar olunan uyğunsuzluq |
1 | Dondurulmuş mal əti | 20 ton | Ukrayna | "Gourment" MMC | İnsan istehlakı üçün yararsız |
2 | Dondurulmuş mal əti | 20 ton | Ukrayna | ”Azer Land” MMC | İnsan istehlakı üçün yararsız |
3 | Dondurulmuş mal əti | 20 ton | Ukrayna | “Halal Food” MMC | İnsan istehlakı üçün yararsız |
4 | Dondurulmuş mal əti | 30 ton | Ukrayna | “Qafqaz Konserv Zavodu” MMC | İnsan istehlakı üçün yararsız |
5 | Dondurulmuş mal əti | 20 ton | Ukrayna | “Qafqaz Konserv Zavodu” MMC | Parazitar sirayətlənmə |
6 | Dondurulmuş mal əti | 6.18 ton | Ukrayna | "Hereti Bottling Company" MMC | İnsan istehlakı üçün yararsız |
7 | Dondurulmuş mal əti | 0.55 ton | Belarus | “Halal Food” MMC | İnsan istehlakı üçün yararsız |
8 | Dondurulmuş mal əti | 5.06 ton | Braziliya | "M & T" LTD firması | İnsan istehlakı üçün yararsız |
9 | Dondurulmuş sümüksüz donuz əti | 22.08 ton | Rusiya | "Universal-SVS" MMC | İnsan istehlakı üçün yararsız |
10 | Dondurulmuş qoyun əti | 8.2 ton | Monqolustan | "Eleven Group" MMC | İnsan istehlakı üçün yararsız |
11 | Dondurulmuş toyuq hissələri | 20.4 ton | Ukrayna | "HRT Group" MMC | Salmonella |
12 | Hisə verilmiş balıq filesi | 0.264 ton | Belarus | “Food Fish” MMC | Listeria monocytogenes |