AZ

Azərbaycana idxal olunan bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Nəzarət tədbirləri çərçivəsində ölkəmizə idxal olunan bir sıra ət məhsulu partiyalarından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən götürülmüş nümunələrdə uyğunsuzluq aşkarlanıb.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

Uyğunsuzluq aşkarlanan məhsulların siyahısı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

Seçilən
77
1
yeniazerbaycan.com

10Mənbələr