
Böyük Britaniyanın baş naziri Keir Starmer Fransa prezidenti Emmanuel Makron ilə ABŞ-ın tətbiq etdiyi yeni idxal tarifləri ilə bağlı danışıqlar aparıb. “Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, siyasətçilər cavab tədbirlərinin müxtəlif variantlarını nəzərdən keçirməyə razılaşıblar."ABŞ bu həftə əlavə rüsumları elan etdikdən sonra Baş nazir prezident Makronla danışdı. Onlar razılaşdılar ki, ticarət müharibəsi heç kimin maraqlarına uyğun deyil, lakin heç bir şey istisna edilməməlidir və biznesləri hadisələrdən xəbərdar etmək vacibdir", - Downing Street-in bəyanatında deyilir.Makron və Starmer də yekdilliklə ticarət müharibəsinin qızışdırılmasının əleyhinə çıxış ediblər və bunun heç bir tərəfə fayda vermədiyini qeyd ediblər.
Diqqət Çəkənlər
Sabah 26-27 dərəcə isti olacaq
İdmanın böyrəklərə və qaraciyərə necə zərər verə biləcəyi açıqlanıb
Arzu Əliyeva "Tağıyev: Çar" bədii filminin təqdimatında iştirak edib