Dünyada qloballaşma erası bitdi və onun yerinə yeni dövr gəldi.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri ilə açıqlamasında deyib.
“Tramp bizim razılaşmadığımız bir addım atdı, amma insanların bu addımda onu dəstəkləməsinin bir səbəbi var. Dünya dəyişdi, qloballaşma başa çatdı və indi biz yeni dövrə qədəm qoymuşuq”, - Starmer bildirib.
“Tayms” nəşri yazıb ki, Starmer sabah qloballaşmanın sona çatdığını elan edəcək.