AZ

Dadaşov qol vurdu, komandası qalib gəldi

Almaniyada Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) “Alqlinike” üzərində inamlı qələbə qazanıb(3:0). Rüfət meydana start heyətində çıxıb və 89-cu dəqiqədə əvəzlənib.

O, görüşün 36-cı dəqiqəsində komandasının ikinci qolunu vurub, 32-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.

Əlavə edək ki, bu, millinin sabiq forvardının mövsümdə vurduğu 12-ci qoludur. Hazırda "Dinamo" 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Seçilən
120
2
sportal.az

10Mənbələr