Bu gün Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı başlanıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası yarışa ümumilikdə 24 idmançı ilə qatılıb.
Bu gün sərbəst güləşçilərimizdən 5-i qüvvəsini sınayır.
Sərbəst güləş
57 kq
İslam Bazarqanov 1/4 finalda rəqibini gözləyir.
65 kq
Əli Rəhimzadə 1/8 finalda Ayub Musayevlə (Belçika) qarşılaşacaq.
70 kq
Kənan Heybətov təsnifat mərhələsində avstriyalı Benedikt Huberlə görüşüb və 10:0 hesablı qələbə qazanıb.
1/4 final mərhələsində rəqib Mixail Georgevdir (Bolqarıstan).
79 kq
Orxan Abasovun təsnifat mərhələsindəki rəqibi Zelimxan Hadjiyevdir (Fransa).
97 kq
Abubakr Abakarov təsnifat mərhələsinə Ukrayna idmançısı Vasil Sova ilə görüşlə başlayır.