Şəmkirdə güclü külək kənd məktəbinin dam örtüyünü uçurub.
“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Şiştəpə kəndində baş verib.
Yaranmış vəziyyət nəzərə alınaraq şagirdlərin təhsillərinə müvəqqəti olaraq qonşuluqda yerləşən İrmaşlı kənd tam orta ümumtəhsil məktəbində davam etmələri təmin olunub.
Qeyd edək ki, Şiştəpə kənd tam orta məktəbində 700-dən artıq şagird təhsil alır.
***
Qazax-Tovuz Regional Təhsil İdarəsi hadisə ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə aprelin 7-dən etibarən şagirdlər müvəqqəti olaraq Şəmkir rayonu Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta ümumtəhsil məktəbinə köçürülüblər.
Məktəbin dam örtüyünə dəyən zərərin qiymətləndirilməsi və müvafiq təmir işlərinin aparılması üçün təhsil müsəssisəsinə ilkin baxış keçirilib. Yaxın günlərdə təmir işlərinə start veriləcək.
Yunis Quliyev
