AZ

A Seriyası: “Napoli” “Bolonya” ilə bacarmadı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Bolonya” doğma meydanda “Napoli” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Beləliklə, geridə qalmış 31 turdan sonra 68 xal toplamış “İnter” vahid liderdir. “Napoli” 65 xalla ikinci, “Atalanta” 58 xalla üçüncü, “Bolonya” 57 xalla dördüncü, “Yuventus” 56 xalla beşinci, “Latsio” 55 xalla altıncı pillədə qərarlaşıb. “Roma”nın 53, “Fiorentina”nın 52, “Milan”ın 48 , “Udineze” və “Torino”nun 40, “Cenoa”nın 38, “Komo”nun 33, “Verona”nın 31, “Kalyari”nin 30, “Parma”nın 27, “Leççe”nin 26, “Empoli”nin 24, “Venesiya”nın 21, “Montsa”nın 15 xalı var.

İtaliya, A Seriyası
31-ci tur
4 aprel

Cenoa – Udineze 1:0
Qol: Zanoli, 77.

5 aprel

Montsa – Komo 1:3
Qollar: Mota, 5 – İkone, 16. Diao, 39. Voyvoda, 51.

Parma – İnter 2:2
Qollar: Bernabe, 60. Ondreyka, 69 – Darmian, 15. Türam, 45.

Milan – Fiorentina 2:2
Qollar: T.Abraham, 23. Yoviç, 64 – Tiav, 7-öz qapısına. M.Kin, 10.

6 aprel

Leççe – Venesiya 1:1
Qollar: Başirotto, 65 – Qallo, 50-öz qapısına.

Empoli – Kalyari 0:0

Torino – Verona 1:1
Qollar: Elmas, 67 – Sarr, 64.

Atalanta – Latsio 0:1
Qol: İsaksen, 54.

Roma – Yuventus 1:1
Qollar: Şomurodov, 49 – Lokatelli, 40.

7 aprel

Bolonya – Napoli 1:1
Qollar: Ndoye, 64 – Anqissa, 18.

Seçilən
102
5
arena.az

10Mənbələr