AZ

A Seriyası: Roma derbisində qalib müəyyənləşməyib

İtaliya A Seriyasının 32-ci turu Roma derbisi ilə yadda qalıb.

“Report” xəbər verir ki, paytaxtın eyniadlı klubu "Latsio"nun qonağı olub.

“Olimpiko” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

47-ci dəqiqədə “Latsio”nun müdafiəçisi Alessio Romaqnoli hesabı açıb. 69-cu dəqiqədə “Roma”nın hücumçusu Matias Soule hesabı bərabərləşdirib.

32 matçdan sonra "Latsio" 56 xalla A Seriyasının turnir cədvəlində altıncı yerdədir. "Roma" eyni sayda oyundan sonra 54 xalla yeddincidir. Yarışa 71 xala malik "İnter" başçılıq edir.

Seçilən
104
2
report.az

10Mənbələr