ABŞ Prezidenti Donald Tramp amerikalılara sakitliyi qorumalarını tövsiyə edib və ölkələrinin qüdrətli olacağına söz verib.
“Zəif olmayın! Axmaq olmayın! Zəif və axmaq insanlar üzərində qurulmuş yeni “Təşviş partiyası” olmayın. Güclü, cəsarətli və səbirli olun. Nəticə əzəmətli olacaq”, - o qeyd edib.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal olunan məhsullara rüsumların tətbiq edildiyini elan edib. Bundan sonra ölkədə ona qarşı etirazlar başlayıb.
