ABŞ Prezidenti Donald Tramp Çinin əlavə rüsumlarla bağlı danışıqlar aparmaq istədiyini açıqlayıb.

Leqal.info xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında paylaşımında bildirib.

Tramp qeyd edib ki, Çin ABŞ-la böyük sövdələşmə istəyir, ancaq onlar bu prosesə necə başlayacaqlarını bilmirlər.

"Çin sövdələşməni çox istəyir, lakin buna necə başlayacağını bilmirlər. Biz Çindən zəng gözləyirik. Bu baş verəcək", - ABŞ lideri vurğulayıb.

Leqal.info