AZ

Sibiqa: Ukrayna yeraltı minerallarla bağlı ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb

Ukrayna artıq nadir torpaq metalları üzrə ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “Ukrinform“a şərhində bildirib.

"Ukrayna tərəfi, nəhayət, danışıqlar qrupunun tərkibini təsdiq edəcək, o, tezliklə ABŞ-nin təklif etdiyi sazişin mətninin əsaslı müzakirəsi üçün Vaşinqtona yola düşəcək. Biz artıq öz mövqeyimizi, eləcə də gələcək sazişin mətni ilə bağlı baxışımızı işləyib hazırlamışıq", – nazir deyib.

Onun sözlərinə görə, gələcək saziş qarşılıqlı faydalı olmalı, hər iki tərəfin maraqlarına cavab verməli, Ukraynanın Avropaya inteqrasiya kursuna zidd olmamalıdır.
Seçilən
175
5
sherg.az

10Mənbələr