Ukrayna iqtisadiyyat nazirinin müavini Taras Kaçkanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 11-də ABŞ ilə nadir torpaq metalları üzrə saziş ilə bağlı danışıqların yeni mərhələsi üçün Vaşinqtona gedib...
“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı “The New York Times”a istinadən məlumat yayıb.
Ukrayna ilə ABŞ arasında bu gün başlayacaq və iki gün davam edəcək danışıqlar daha çox texniki xarakter daşıyacaq. NYT mənbələri qeyd edir ki, yüksək səviyyəli məmurların prosesdə iştirakı gözlənilmir.
Ukrayna nümayəndə heyətinə İqtisadiyyat və Ədliyyə nazirliklərinin nümayəndələri də daxildir.
Amerika tərəfdən danışıqlar qrupunun tərkibi barədə hələlik məlumat yoxdur.
Poliqon.info