AZ

Qroznı hava limanı uçuşları dayandırdı

Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Vladiqafqaz və Qroznı hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. 

Bildirilir ki, bu ərəfədə Ulyanovsk (Baratayevka), Saratov və Volqoqrad hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Bunun fonunda Rusiya Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin ölkə ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 7 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

Seçilən
197
2
unikal.az

10Mənbələr