AZ

Gəncədə piyadanı maşın vurdu

Gəncədə 57 yaşlı kişi yol qəzasında xəsarət alıb.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü A.Quliyev şəhər ərazisində yolu keçmək istəyən zaman onu avtomobil vurub. Dərhal piyada xəstəxanaya yerləşdirilib. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
127
2
avtosfer.az

10Mənbələr