Çeçenistan lideri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov Rusiya Milli Qvardiyasının “Hərbi fərqlənməyə görə” medalı ilə təltif edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
O, müvafiq mükafatı Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru Viktor Zolotovun əmri ilə alıb.
Mükafatın əsasnaməsinə əsasən, o, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şəxsi cəsarət, fədakarlıq, təşəbbüskarlıq, uğurlu rəhbərlik və digər xidmətlərə görə verilir.
Ağarza Elçinoğlu