AZ

Gəncədə universitet əməkdaşı xəbərsiz işdən çıxarıldı - Özünə xəsarət yetirdi

Gəncə Dövlət Universitetində qadın özünə kəsici ailətlə xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Günay Məmmədova qolunun kəsilmiş-cırılmış  yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına xəstəxanada  yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə  görə, G.Məmmədova GDU (dəftərxana) əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılması olub. Həmçinin məlumata görə, G.Məmmədova unverstetdə vəzifəsinin  qalxması üçün 25 manat pul verib və qadın işinin düzəlmədiyini görüb. Bu zaman pulunu istəyəndə isə işdən çıxarılıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
82
15
unikal.az

10Mənbələr