AZ

Gecə ACLIĞI – Bu yeməklərin qəbulu qəti məsləhət GÖRÜLMÜR

Gecə saatlarında yuxuya getmək istəyərkən yaranan aclıq hissini çoxumuz yaşamışıq. Gecə ac qalmaq bəziləri üçün zərərsiz görünsə də, elə insanlar var ki, onların sağlamlığı üçün bu, ciddi təhlükə yarada bilər. 

Bizim.Media “izvestiya”ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Darya Pronina bu barədə danışıb.

Həkim bildirir ki, xüsusilə şəkərli diabet və öd daşı xəstəliyindən əziyyət çəkən insanlar üçün ac yatmaq məsləhət deyil. Bu vəziyyət onların sağlamlığında ciddi pisləşməyə səbəb ola bilər.

Əgər aclıq yuxuya mane olursa, qarında spazm yaradırsa, bu zaman kiçik bir axşam qəlyanaltısı vacibdir. Əks halda, səhər yeməyində həddindən artıq yemək riski də arta bilər.

Bəs nə yemək lazımdır? 

Mədə üçün yüngül və asan həzm olunan məhsullar seçin. Məsələn, 2,5% yağlılıqda olan kəsmik və ya yoqurt ideal seçimdir. Bu kimi zülallı məhsullarda triptofan adlı amin turşusu var ki, bu da orqanizmdə melatonin (yuxu hormonu) və serotonin (xoşbəxtlik hormonu) sintezində mühüm rol oynayır.

Qəlyanaltıda mürəkkəb karbohidratlara da üstünlük vermək olar. Tam buğda yarmasından hazırlanmış sıyıq və ya tam buğda çörəyi kimi məhsullar qan şəkərinin səviyyəsini sabit saxlayır və uzun müddət toxluq hissi yaradır. Yuxudan əvvəl bir ovuc badam, balqabaq tumu və ya fıstıq yemək də yaxşı fikirdir – bu qidalar əzələlərin rahatlamasına kömək edən maqneziumla zəngindir. Ən maraqlısı isə odur ki, fıstıq eyni zamanda təbii melatonin mənbəyidir.

İsti, sakitləşdirici təsiri olan bitki çayları da Proninanın tövsiyələri arasındadır. Çobanyastığı, nanə, melissa və ya lipa çayı yuxuya getməni asanlaşdırır. Amma unutmayın, gecə yağlı yeməklər, fast-fud və cipslərdən uzaq durmaq lazımdır. Bu cür yeməklər həm mədə üçün ağırdır, həm də reflüks və yuxusuzluq yarada bilər.

Bəs gecələr hansı qidalardan uzaq durmaq lazımdır?

Şirniyyat və ağ çörək: qan şəkərini və insulin səviyyəsini sürətlə artıraraq maddələr mübadiləsini pozur.

Qazlı içkilər: şişkinlik və narahatlıq yaradır.

Qəhvə və qara çay: sinir sistemini oyadır və yuxuya getməyi çətinləşdirir.

Alkoqol: yuxunun sürətli fazasına mənfi təsir edərək gecə tez-tez oyanmanıza səbəb ola bilər.

Yuxudan əvvəl yeyib-yeməmək şəxsi vəziyyətdən asılıdır. Amma əsas qayda budur: bədəninizin siqnallarını dinləyin və ona sevgi ilə yanaşın. Sağlam gecə qəlyanaltısı bəzən sakit yuxunun açarı ola bilər.

Bizim.Media

Seçilən
163
40
bizim.media

10Mənbələr