ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynanın Sumi şəhərinə hücumunun “dəhşətli” olduğunu və müharibənin başlanmasının keçmiş prezident Co Baydenin günahı olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib.Rusiyanın Sumiyə hücumu ilə bağlı suala Tramp deyib: “Mən bunun dəhşətli olduğunu düşündüm”.
Bütün müharibələrin "dəhşətli bir şey" olduğunu qeyd edən Tramp, "Mən prezident olsaydım, bu ölkə heç vaxt müharibənin başlamasına icazə verməzdi. Bu müharibə biabırçılıqdır" deyib.