AZ

"Bu Baydenin günahıdır"

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın Sumi şəhərinə hücumunun “dəhşətli” olduğunu və müharibənin başlanmasının keçmiş prezident Co Baydenin günahı olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib.

Rusiyanın Sumiyə hücumu ilə bağlı suala “Mən bunun dəhşətli olduğunu düşündüm” deyib.

Bütün müharibələrin dəhşətli bir şey olduğunu qeyd edən Tramp deyib: "Mən prezident olsaydım, bu ölkə heç vaxt müharibənin başlamasına icazə verməzdi. Bu müharibə biabırçılıqdır".

Seçilən
36
7
operativmm.az

10Mənbələr