Ötən gün Bakıda sərnişin avtobusunun sürücüsü təhlükəli vəziyyət yaradıb.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə məlum olur ki, avtobus sürücüsü qarlı hava şəraitində buz bağlamış yolda manevr qaydalarını daha sərt formada həyata keçirir. Onu dayandırmağa çalışan şəxsə isə məhəl qoymur.
Məsələ ilə bağlı daşıyıcı şirkət "Xaliq Faiqoğlu"ya müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib:
"Yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı "Xaliq Faiqoğlu" şirkəti tərəfindən şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib. Keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb. Baş vermiş hadisə tərəfimizdən araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib.