2024-cü il Goranboyun Erkeç, Mənəşli, Todan kəndləri qazlaşdırılacaq. Bu barədə "Nazirlər Kabinetinin 2023-cü ildəfəaliyyəti haqqında" hesabatında qeyd olunub.
Bildirilib ki, qazlaşdırılmayan Ballıqaya,Buzluq və Gürzallar kəndlərinin qazlaşdırılması məsələsinə növbəti illərdə baxılacaq.
Hesabatda Ələt qəsəbəsinin 3-cü massicvinə və Baş Ələt qəsəbəsinin 2-ci və 3-cü massivlərinə qaz çəkilməsi bu torpaqların müvafiq qaydada statusu dəyişdikdən sonra mümkün olması qeyd olunur.
Tovuzun Qandalar kəndinə qaz xəttinin çəkilməsi üçün ilk baxış keçirilib. Kəndin qazlaşdırılması məsələsinə mövcud maliyyə imkanları çərçivəsində baxılacağı qeyd yazılıb.
Şabranın qazlaşdırılmayan 8 kəndinin mövcud maliyyə imkanları çərçivəsində icra olunması nəzərdə tutulub.
Siyəzənin Daşlı Çalğan, Orta Çalğan və Dağ Quşçu kəndləri isə növbəti ilin dövlət investisiya proqramı çərçivəsində qazla təmin olunacaq.
"Azəriqaz" İB-nın son statistikasına görə Azərbaycanda qazlaşdırma səviyyəsi 96%-dır.
Gülnar Nazimqızı
www.anews.az