AZ

Ötən il suya görə 160 min hektara yaxın sahə məhv olub

2023-cü ildə ölkə üzrə 160 min hektara yaxın sahə su çatışmazlığından məhv olub. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirirb.
 
"Dünyada su ehtiyatlarının təxminən 70 %-i kənd təsərrüfatında istifadə edilir. Dünyada baş verən və hazırda da davam edən iqlim dəyişikliyi Azərbaycana təsirsiz keçmir. Azərbaycanda təxminən 1,5 milyon hektar suvarılan sahələr var ki, onların da 78 %-i birillik əkinləri əhatə edir, 9 %-i çoxillik və təxminən 13 %-i örüş sahələrinin suvarılmasıdır".", - nazir martın 13-də Bakı Su Həftəsi Beynəlxalq Konfransının ("Baku Water Week Conference") açılış mərasimində deyib.
 
Fevralın 28-də Milli məclisin deputatı Asim Mollazadə bildirib ki, Azərbaycanda su ehtiyatları ilə bağlı ciddi problemlər var. 
 
"Azərbaycanın su ehtiyatlarının böyük hissəsi xaricdən gəlir. Bu istiqamətdə ciddi işlər görməliyik. Faciələr artıq Orta Asiyada baş verir. Ən böyük faciə göz qarşısındadır. Bu sovetdən bizə qalan problemlərdir. Problem suya qiymət verməməkdir. Su ilə bağlı itkilər kənd təsərrüfatı ilə bağlı deyil. Böyük şəhərlərdə bunu görmək olur. Bakıda su itkiləri 48% göstərilir. Amma realıqda bu daha çoxdur. Bunun qarşısını almaq üçün mövcud planmız olmalıdır. Ermənistan Azərbaycanın bir sıra çaylarını zəhərləyir. Avropa Şurasında bununla bağlı sənəd qəbul olunmuşdu. Bu məsələlərə qayıtmalıyıq. COP29 tədibrində bu əsas müzakirə mövzumuz olmalıdır”, - deputat fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar mövzusunda” dinləmədə çıxışında bildirib. 
 
Deputat vurğulayıb ki, ölkə üzrə içməli suyun monitorinqi ilə bağlı ciddi işlər görülməsinə ehtiyac var.  

Aytac Zeynalova

www.anews.az
Seçilən
202
50
anews.az

10Mənbələr