AZ

Güclü maqnit qasırğası müşahidə olunur

Martın 24-də Yer kürəsində çox güclü maqnit qasırğası müşahidə edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqinin məlumatlarında qeyd olunub.

"Maqnit qasırğası davam edir", - deyə İnstitutdan bildiriblər.

Maqnıt qasırğası hazırda G4 səviyyəsinə çatıb ki, bu da beş indikatorlu monitorinq şkalasında "çox güclü", G5 "son dərəcə güclü", G1 isə "zəif" deməkdir.

"G4" səviyyəsi nəzərdə tutur ki, Yer kürəsində rabitəyə ciddi müdaxilə ilə yanaşı, radio rabitəsində ciddi fasilələr və peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələr qeydə alına bilər.


Müəllif: Teleqraf.com
Seçilən
179
50
teleqraf.com

10Mənbələr