Yer kürəsində çox güclü maqnit qasırğası müşahidə edilir
Yer kürəsində çox güclü G4 səviyyəli maqnit qasırğası müşahidə edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS Rusiyadakı Tətbiqi Geofizika İnstitutuna (IPG) istinadən məlumat yayıb.
Bildirilir ki, maqnit qasırğasına martın 23-də baş vermiş yüksək “X” dərəcəli partlayış də daxil olmaqla 13 günəş alışması səbəb olub.
Mütəxəssislər qeyd edirlər ki, günəş aktivliyinin pik həddi hələ keçməyib, ona görə də yeni maqnit qasırğalarının baş verməsi ehtimalı var.