AZ

Rusiyaya guya sanksiya qoyan Avropa rekord miqdarda qaz alır

Avropa Rusiyadan rekord miqdarda mayeləşdirilmiş təbii qaz (LNG) alır. Vətəninfo.az xəbər verir ki, bu barədə  Bloomberg nəşri məlumat yayıb.

Agentlik qeyd edir ki, satılan LNG-nin həcmləri artıq Moskvanın yanvarın 1-ə qədər Ukrayna ərazisindən nəql etdiyi həcmləri üstələyib (Son illərdə orta hesabla sutkada 35-40 milyon kubmetr qazın nəqli olub).

Belə ki, “Bloomberg”in məlumatına görə, əgər 2020-ci ildə Avropa Rusiyadan təxminən 10,5 milyon ton LNG alıbsa, 2024-cü ildə bu rəqəm rekord həddə – 15,5 milyon tona yüksəlib.

Agentliyin hesablamalarına görə, Rusiya tranzitin dayandırılmasından ciddi itkilərə məruz qalmayacaq, Ukrayna isə ÜDM-in 0,5%-ni itirəcək.

Seçilən
47
9
veteninfo.az

10Mənbələr