AZ

Aİ sanksiyaları ləğv etmək üçün görün Suriyadan nə tələb etdi

  Avropa İttifaqı (Aİ) Suriyaya qarşı olan sanksiyaları ləğv etmək üçün rəsmi Dəməşqdən Rusiyanın hərbi bazalarından xilas olmağı tələb edib.

Bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.

“Artıq Suriyanın yeni hökumətinə çatdırmışıq ki, Suriyada normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan - hərbi iştirakdan və ya müdaxilədən xilas olmaqdan ibarətdir. Orada üç ölkə var, onlardan biri də Rusiyadır. İstəyimizə cavab olaraq onlar bu məsələyə gələcəkdə baxacaqlarını söylədilər”, - Aİ nümayəndəsi deyib.

Qeyd edək ki, Rusiya Suriyada iki hərbi obyektə malikdir. Bunlar Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təchizat mərkəzi və Xmeymim aviabazasıdır./publika.az  

Seçilən
2
12
referans.az

10Mənbələr