Avropa İttifaqı (Aİ) sanksiyalarını ləğv etmək üçün Dəməşqdən Rusiya hərbi bazalarının ölkə daxilində mövcudluğuna son qoymasını istəyib.
TASS-xəbər verir ki, bu barədə Aİ-nin yüksəkrütbəli nümayəndəsi məlumat verib.
"Bəli, əlbəttə ki, bu bizim izlədiyimiz bir məsələdir. Biz artıq Suriyanın yeni hakimiyyət orqanlarına çatdırmışıq ki, Suriyada normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan - hərbi iştirakdan və ya müdaxilədən xilas olmaqdan ibarətdir. Orada üç ölkə var və onlardan biri Rusiyadır. Buna görə də, bəli, biz onlardan bunu istəməyə davam edirik. Onlar gələcəkdə bu məsələni nəzərdən keçirəcəklərini bildiriblər", - Aİ nümayəndəsi bildirib.
Xatırladaq ki, Rusiyanın Suriyada iki hərbi obyekti var - Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təminat mərkəzi və Xmeymim aviabazası.