“Bəli, əlbəttə ki, bu bizim izlədiyimiz bir məsələdir. Biz artıq Suriyadakı yeni hakimiyyət orqanlarına çatdırmışıq ki, ölkədə normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan - hərbi iştirakdan və ya müdaxilədən qurtulmağı əhatə etməlidir. Orada üç ölkə var, onlardan biri Rusiyadır. Bəli, biz davamlı şəkildə onlardan bunu xahiş edirik. Gələcəkdə buna baxacaqlarını dedilər”, - avropalı məmurSuriyaya qarşı sanksiyaların ləğvi üçün Aİ-nin Rusiya hərbi bazalarının çıxarılmasını şərt kimi qoyub-qoymadığı barədə jurnalistlərin suallarına cavab olaraq bildirib.
Almaniya və Fransanın XİN rəhbərləri Dəməşqə gediblər |
Xatırladaq ki, hazırda Suriyada Rusiyanın iki hərbi obyekti var - Tartus liman şəhərində hərbi-dəniz bazası və Xmeymimdəki aviabaza. Tartusdakı hərbi-dəniz bazasının ləğvi Rusiyanın Aralıq dəniizndə mövcudluğuna son qoyulamsı deməkdir.
Sahil İsgəndərov
AzVision.az