Avropa İttifaqı (Aİ) Suriyaya qarşı olan Avropa sanksiyalarını ləğv etmək üçün rəsmi Dəməşqdən Rusiyanın hərbi bazaları da daxil olmaqla, xarici qüvvələrin mövcudluğundan xilas olmağı istəyib.Bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə yanvarın 27-də birlik ölkələrinin XİN rəhbərlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.“Bəli, əlbəttə ki, bu, izlədiyimiz məsələdir. Artıq Suriyanın yeni hökumətinə çatdırmışıq ki, Suriyada normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan - hərbi iştirakdan və ya müdaxilədən xilas olmaqdan ibarətdir. Orada üç ölkə var, onlardan biri də Rusiyadır. İstəyimizə cavab olaraq onlar bu məsələyə gələcəkdə baxacaqlarını söylədilər”, - Aİ nümayəndəsi jurnalistlərin birliyin Suriyaya qarşı sanksiyaların ləğvi üçün Rusiya hərbi bazalarının ləğvinin şərt kimi irəli sürülüb-sürülməməsi ilə bağlı sualını cavablandırarkən deyib.Qeyd edək ki, Rusiya Suriyada iki hərbi obyektə - Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təchizat mərkəzinə və Xmeymim aviabazasına malikdir. Tartusdakı baza ikitərəfli razılaşmaya əsasən 1971-ci ildə yaradılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta