Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız gediş-gəliş rejiminin qismən dayandırılmasına qərar verib.
APA xəbər verir ki, müvafiq sənəddə insan və vətəndaş hüquq və azadlıqlarının Aİ üçün prioritet olduğu qeyd edilib.
O da bildirilib ki, Gürcüstandan olan diplomatlar və rəsmi şəxslərə digər vətəndaşlarla eyni viza müraciəti proseduru tətbiq ediləcək.
Qərar ölkənin Aİ-yə üzvlüyü üzrə danışıqların 2028-ci ilədək dayandırılması istiqamətindəki addımı ilə əsaslandırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta