AZ

Lukaşenko: Rusiya ilə birlikdə bizi hər tərəfdən sıxmağa və boğmağa başlayıblar

“Rusiya ilə birlikdə bizi hər tərəfdən sıxmağa və boğmağa başlayıblar. Biz bütün çətinliklərə qalib gələcəyik. Biz onlara qalib gəlməyi öyrənmişik, onlara qalib gəlməyi bilirik. Amma biz bunu ancaq birlikdə edə bilərik”

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Loqoiskdəki Müqəddəs Möcüzəyaradan Nikolay kilsəsini ziyarət edərkən deyib.

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəyə xarici təzyiqlərin artmasından şikayətlənərək, onun sakinlərinə çətin il vəd edib.

O əlavə edib ki, hazırda Belarus üçün əsas problem iqtisadi məsələlərdir. Lukaşenkonun sözlərinə görə, əgər ölkə sakinləri bir yerdə olub həyatı yaxşılaşdırmağa çalışsalar bu çətinliklərin öhdəsindən gəlmək olar.

“Belarusda sülhün qorunması üçün hər şey ediləcək. Bizim üçün əsas məsələ sülhü qorumaqdır. Sülh yoxdursa, heç nə lazım deyil”, – Lukaşenko yekunlaşdırıb.

Seçilən
53
50
medianews.az

10Mənbələr