AZ

İşlərimizi niyə ERTƏLƏYİRİK? – SƏBƏBLƏR + FOTO

Müasir dövrdə insanların işi ertələmək meyli (procrastination) geniş yayılan problemlərdən birinə çevrilib. Həm şəxsi, həm də peşəkar həyatdakı bu davranış tərzi məhsuldarlığı aşağı salır, stresi artırır və uzunmüddətli mənfi nəticələrə də səbəb ola bilir.

Bəzi ekspertlər hesab edirlər ki, ertələmə davranışının kökündə həm psixoloji faktorlar, həm də gündəlik həyat tərzi ilə bağlı məsələlər dayanır. Səsləndirilən iddialar nə dərəcədə doğrudur? Ertələmənin köklü səbəbləri nədir?

Mövzu ilə bağlı Medianews.az-a danışan psixoloq Şirin Məmmədli bildirib ki, ertələmə problemi son dövrlərdə insanlar tərəfindən psixoloqlara verilən suallar arasında çoxluq təşkil edir.

İşlərimizi niyə ERTƏLƏYİRİK? - <span style=color:red>SƏBƏBLƏR + FOTO

Onun qənaətincə, ertələmə ümumi görünsə də xüsusi problemdir: “Biz burada birbaşa fərdin özündə olan ertələmə probleminin kökünə baxmalıyıq. Ümumi şəkildə ertələmə haqqında çox şey demək olar, amma bu, düzgün deyil. Çünki ertələmənin konkret səbəbləri var və onlar bir-birindən fəqlidir. Məsələn ola bilər ki, fərddə diaqnoz qoyulmamış Diqqət Əskikliyi və Hiperaktiv Pozuntu (DEHB) var. Əgər diaqnozu qoyulmamış hiperaktiv pozuntunuz varsa bu zaman o, ömür boyu ertələmədən əziyyət çəkəcək. Bunun səbəbinin də hər zaman ertləmə olduğunu düşündükləri üçün ertələmə problemindən əziyyət çəkdiklərini düşünəcəklər. Amma əslində problem diqqət əksikliyidir. İkinci növbədə ertələmə uzun müddət stres altında işləmiş şəxslərdə baş verir. Əgər şəxsin iş mühiti həddən artıq streslidirsə, tez-tez işdə danlanır və ya müəyyən bir müddətdir ki uğurlu ola bilmir. Buradan da  qaynaqlanan problemdir. Əslində ertələdiyi iş yox, həmin stresi yaşamaqdır. Yəni, o işin stresini yaşamaq istəmir. Bundan qaçmaq üçün işi ertələyir”.

İşlərimizi niyə ERTƏLƏYİRİK? - <span style=color:red>SƏBƏBLƏR + FOTO

Psixoloq qeyd edib ki, üçüncü səbəb hansısa travma ilə formalaşır: “Biz bunu daha çox qəbul imtahanına hazırlaşan tələbələrdə görə bilirik. Bu nə zaman olur? Məsələn, tələbə Azərbaycan dili fənnini sevir və hamı onun çox yüksək bal yığacağına güvənir. Məktəb onu nə vaxtsa olimpiadaya göndərib. Özü ümid edir ki, 100-dən 70 yığacaq və gəlir 100-dən 30, hətta 20-i yığır. Valideyn, müəllim, tələbə yoldaşları danışırlar və artıq bir dəfə travma yaşayır. Gördü ki, o özünə güvənməsinə rəğmən, gedib absurd bir reaksiya ilə üzləşdi. Bununla da o, artıq məntiqli düşünmənin açarını itirir. Nəticədə deyir ki, mən Azərbaycan dili məsələsinə də güvənirdim, amma getdim bu qədər xəyal qırıqlığı yaşadım. Demək ki, mən hər an bunu yaşaya bilərəm. Bununla da Azərbaycan dili fənninə hazırlaşmağı ertələyir. Əslində isə ertələdiyi şey o xəyal qırıqlığıdır. Yenə də problemin kökünün altından başqa bir məsələ çıxdı. Mən sadəcə burada üç nümunə göstərdim. Gördüyünüz kimi, hər birinin altından başqa-başqa problemlər çıxardıq. Günümüzdə bunun artma səbəbinin əsas çoxluğunu mən stresə bağlayıram. Düşünürəm ki, həyat sürətlənib, insanlar bilmirlər sosial şəbəkəyə, ya da həyata çatsınlar. İnsanların həyatının hər anı sürətlidir və bu da onlarda stres faktorunu yaradır. Lakin bu üç nümünədən də gördük ki, necə müxtəlif səbəblər olur. Ertələmənin də digər psixoloji nüanslar kimi müxtəlif səbəbləri var və hər fərdə özəldir”.

Nailə QASIMOVA

İşlərimizi niyə ERTƏLƏYİRİK? - <span style=color:red>SƏBƏBLƏR + FOTO

Seçilən
27
50
medianews.az

10Mənbələr