Bu barədə Tafts Universitetinin Qida Elmi və Siyasəti Məktəbinin alimləri müəyyən ediblər. Onların tədqiqatlarının nəticələri "Nature Medicine" jurnalında dərc edilib.
Ekspertlər vurğulayırlar ki, qazlı içkilər, şirələr və yüksək şəkər tərkibli enerji içkiləri qida dəyərindən məhrumdur və orqanizm tərəfindən tez mənimsənilir. Bu, qanda şəkərin səviyyəsinin kəskin artmasına səbəb olur, onların müntəzəm qəbulu isə çəki artımına, insulin rezistentliyinə və metabolik pozğunluqlara gətirib çıxarır.
Elm adamları inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrin tibbi statistik məlumatlarını təhlil ediblər. Onlar şirin içkilərin qəbulu ilə əhalinin sağlamlıq vəziyyətinin pisləşməsi arasında narahatedici əlaqəni aşkar ediblər.
Xüsusilə ağır vəziyyət Saxaradan cənubdakı Afrika ölkələrində müşahidə olunur, burada şirin içkilər yeni diabet hallarının 21%-dən çoxunun səbəbidir.
Latın Amerikası və Karib hövzəsində bu göstərici 24%-ə çatır, bundan əlavə, bu regionlarda yeni ürək-damar xəstəliklərinin 11%-dən çoxu da bu cür içkilərin qəbulu ilə əlaqəlidir.
"Maye şəkər"in sağlamlığa ən çox mənfi təsir göstərdiyi ölkələr arasında Kolumbiya, Meksika və CAR var. Kolumbiyada yeni diabet hallarının 48%-i, Meksikada təxminən 1/3-i şirin içkilərlə əlaqələndirilir. CAR-da belə içkilər yeni diabet hallarının 27.6%-i və ürək-damar xəstəliklərinin 14.6%-i ilə əlaqələndirilir.
10Mənbələr
-
hit.azBMJ: Diabet xəstələrinin 45 faizində vitamin D və B12 çatışmazlığı var ( 15147055)
-
yenisabah.az“Ərə get, düzələcək” - Həkim bilinməyənləri üzə çıxardı ( 15144899)
-
turkustan.azBədənimizdə hansı vitaminin çatışmadığını necə bilmək olar? ( 15143953)
-
konkret.azBədənimizdə hansı vitaminin çatışmadığını necə bilmək olar? ( 15143695)
-
editor.azDiabet xəstələrində hansı vitaminlər çatışmır? ( 15140637)
-
e-saglam.az3 dəfə xərçəngə yaxalanan həkim: "Doğru bildiklərim yanlış imiş, bunlardan uzaq durun" ( 15105611)
-
hit.azBMJ: Güclü əzələlər və dözümlülük xərçəng xəstələrinin ömrünü uzadır ( 15102257)
-
demokrat.azDaim stres içindəsinizsə, dərinizdə hansı problemlər yarana bilər? ( 15080677)
-
hakimiyyet.azDaim stress içindəsinizsə, dərinizdə hansı problemlər yarana bilər? ( 15080059)
-
seherxeber.orgBakıda həkim çatışmazlığı: Məzuniyyətdə olan işçiləri kim əvəz etməlidir? ( 15077067)